• $
  • €
  • ₽
  • ₺
  • £

Pentaqon İranın hücumunun vurduğu zərəri açıqladı

Pentaqon İranın hücumunun vurduğu zərəri açıqladı
09.01.2020 09:56
ABŞ Müdafiə naziri Mark Esper Baş qərargah rəisi, general Mark Milley, Nümayəndələr Palatası və Senatın üzvləri ilə Pentaqonda mətbuata açıqlama verib.

"HaberGlobal”ın məlumatına görə, Esper ABŞ-ın İraqdakı iki hərbi bazasına hücumunun insan itkisi ilə nəticələnmədiyini deyib.

O, 16 raket atıldığını, raketlərin anbarlara, dayanacaqlara, taksi üçün nəzərdə tutulmuş əraziyə və bir helikopterə ziyan vurduğunu bildirib:

"İran üç bölgədən ABŞ-ın iki bazasına qısamənzilli olduğu müəyyən edilən 16 raket atıb. 11 raket Əsəd bazasına, biri isə Erbil bazasına atılıb. İnsan itkisi yoxdur”.

ABŞ və İraqın hücumdan əvvəldən xəbərdar olub-olmadığı ilə bağlı sualları cavablandırmayan Esper hücumun təsadüfi atəş olmadığını deyərək, erkən xəbərdarlıq sistemlərinin hücumun təsirini minimuma endirdiyini bildirib.

Şiə hərbçiləri ilə İranın bir-birinə bağlı olmasına baxmayaraq, ayrı qalması lazım olduğunu deyən Esper "İrandan gələn şiə hərbi qruplarının gələcəkdə oradakı mövcudluğumuzu siyasi və ya hərbi cəhətdən sarsıdılması üçün birbaşa addımlar atacağını gözləyirik”, - deyə vurğulayıb.

Milley isə bildirib ki, hücum maddi təlafat və insan itkisi məqsədilə törədilib.
O, tədbirlər görüldüyü üçün itki olmadığını qeyd edib.

Xatırladaq ki, İran ABŞ-ın İraqdakı iki hərbi bazasına hücum edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol