• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu

“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu
09.01.2020 12:56
"Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı və baxımlı intellektual yarışı "Breyn Rinq”in 14-cü mövsümü yekunlaşıb. Mobil operatorun dəstək olduğu "Nar” komandası ilin qalibi olub. Belə ki, ölkə intellektuallarının mübarizə apardığı yarışda "Nar”, bütün rəqiblərini geridə qoyaraq "Breyn Rinq” üzrə 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Finalda "Nar” komandası "Bilik” kubokunun sahibi "İçəri şəhər” komandası ilə qarşılaşıb və mübarizədə qalib gəlib. Qeyd edək ki, ötən mövsümkü yarışda "Nar” komandası mobil operator tərəfindən təsis edilmiş "Nar” kubokunun sahibi idi. Qaydalara görə isə mövsümün sonunda "Bilik” kuboku və "Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışır. 

Bu mövsüm yarışda 11 universitet və 15 region komandası da daxil olmaqla, 34 komanda mübarizə aparıb. İctimai Televiziyada yayımlanan "Breyn Rinq”ın 14-cü mövsümü sentyabr ayında başlamışdı. 

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif layihələrə dəstək verir. "Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol