• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq nazirin oğlu İngiltərədə meşə alıb, biznes qurdu - SƏNƏDLƏR

Sabiq nazirin oğlu İngiltərədə meşə alıb, biznes qurdu - SƏNƏDLƏR
09.01.2020 23:13
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub.
Anews.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.
Məlumatda bildirilir ki, əyalətin kiçik Llanwrtyd qəsəbəsində Victoria Road yolu üstündəki VİCTORİA WELLS LOG CABİN MOTEL ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır: Təsisata otel və çoxaylı kotteclər daxildir.
Kompleks Emin Babayevin 2018-ci il noyabrın 6 da Britaniyada qeydiyyatdan keçirdiyi MEAT AND GREET LIMITED şirkəti üzərindən idarə olunur. Şirkət kompleksin yerləşdiyi ünvanda (Victoria Wells Cabins, Victoria Wells Forest Cabins, Victoria Road, Llanwrtyd Wells, Powys, United Kingdom, LD5 4SY) 11661629 saylı lisenziya ilə qeydiyyata alınıb.
Bundan əvvəl turizm kompleksi VİCTORİA WELLS SPA adı ilə fəaliyyət göstərib. 2015-2017-ci illərdə "VİCTORİA WELLS"i keçmiş nazirin oğlunun digər şirkəti - CASPIAN DRAGON CYF idarə edib. Adı "XƏZƏR ƏJDAHASI" anlmına gələn və 2015-ci ilin avqustunda qeydiyyatdan keçmiş şirkətin sənədlərində təsisçinin Azərbaycan vətəndaşı, bankir, 1982-ci il təvəllüdlü Emin Babayev olduğu qeyd edilir.
Emin Babayev poker həvəskarıdır və Londonda kazinolarda poker oyunlarının aktiv iştirakçısıdır. Ən yüksək udduğu məbləğ 2018-ci ildə Londonda keçirilən poker oyununda 37,705 dollar olub.
Babayevlərin Avropadakı digər ailə şirkəti - MERCURY EUROPE HOLDİNQS 2011-ci ildən Lüksemburqda fəaliyyət göstərir. Şirkətə Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva rəhbərlik edir.
Araşdırmaçı jurnalist Babayevlərin Azərbaycanda "AB Standard" holdinqinin sahibi olduğunu, "Bank Standard", "Standard İnsurance", "AB Legal Consulting Group", "Standard Lizinq", "Standard Capital" şirkətləri, "Dərnəgül boru zavodu" və "Lənkəran Mehmanxana"sının holdinqə daxil olduğunu qeyd edib. 









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol