• $
  • €
  • ₽
  • ₺
  • £

“Xanhüseyn Kazımlının qızı imza vərəqələrini götürüb, amma hələ təqdim etməyib”

“Xanhüseyn Kazımlının qızı imza vərəqələrini götürüb, amma hələ təqdim etməyib”
28.05.2020 17:57
MSK keçmiş deputatın qızının seçkilərdə iştirakını təsdiqləyib

Sosial şəbəkələrdə keçmiş deputat Xanhüseyn Kazımlının adından dövlət başçısı İlham Əliyevə yazılmış müraciət yayılıb.
 
Bu barədə məlumatı MeydanTV yayıb. 
 
İmzasız müraciətdə eks deputat I-V çağırışda Milli Məclisdə təmsil olunduğunu xatırladıb və 9 fevral növbədənkənar seçkilərdə qızı Əsli Kazımovanın 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürdüyünü qeyd edib:

"Siz icazə versəniz, mən hər hansı bölgədən Milli Məclisin üzvü seçilməyimə razı deyiləm. Əvəzimdə isə Sosial Rifah Partiyası sədrinin birinci müavini, 1992-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində doktorluq işi hazır olan, öz bilik və bacarığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin "Tənzimləmə” kafedrasının əməkdaşı, "Böyük siyasətin davamı”, "Faciələrimiz unudulmayacaqdır”, "Azərbaycanlılara qarşı ermənilərin soyqırımı” əsərlərinin müəlliflərindən biri (sonuncunun müəllifi) olan Kazımova Əsli Xanhüüseyn qızının namizədliyini (1981-ci il təvəllüdlü) doğulduğum diyardan verərdim”.

Ancaq sabiq deputatın köməkçisi Zaur İsgəndərov Meydan TV-yə belə bir müraciətin olduğunu təkzib edib və bundan xəbərsiz olduğunu bildirib.

Zaur İsgəndərov Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın namizədliyini irəli sürməsi haqda da konkret fikir söyləməyib:

"Bu barədə bilgim yoxdur, yalnız Xanhüseyn müəllimlə əlaqə saxlayıb məlumat alın”.

Müraciətin imzasız olması və 1981-ci il doğumlu Əsli Kazımovanın 1992-ci ildə, yəni 11 yaşında iqtisad elmləri üzrə fəlsəfə doktoru adını aldığının qeyd edilməsi sənədin saxta olduğu gümanını yaradır..

Meydan TV məsələ ilə bağlı 80 saylı İmişli DSK-dan məlumat ala bilməyib. Özünü təqdim etməyən DSK nümayəndəsi sualları telefonla deyil, yalnız üzbəüz cavablandıra biləcəyini deyib.

MSK-nin mətbuat katibi Şahin Əsədli isə Əsli Kazımovanın DSK-dan imza vərəqələrini götürdüyünü təsdiqləyib:

"Bəli, o, imza vərəqələri götürüb, amma hələ təqdim etməyib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol