Bakıdan Moskvaya uçan təyyarənin komandiri yolboyu bir neçə dəfə kabinəni tərk edib - VİDEO

Bakıdan Moskvaya uçan təyyarənin komandiri yolboyu bir neçə dəfə pilot kabinəsini tərk edərək salondakı sərnişinlərdən biri ilə söhbət edib.
"Report” "News.ru”ya istinadən xəbər verir ki, hadisə yanvarın 7-də Bakı - Moskva reysini həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Airbus320” tipli təyyarədə baş verib və başqa bir sərnişinin təqdim etdiyi videoda əksini tapıb. Yolboyu təyyarə bir neçə dəfə hava axınına düşdüyü üçün sərnişinlər pilotun hərəkətini əsəbi qarşılayıb.
Adıçəkilən sayt tərəfindən göndərilən sorğuya AZAL-dan aşağıdakı cavab veriblər:
"Sorğunuzla bağlı bildiririk ki, bu məsələyə dair xidməti araşdırma aparılmalıdır. Bu yoxlamanın nəticəsinə görə təyyarə komandirinin davranışına qiymət veriləcək, mövcud qaydaların pozuntusu aşkarlanarsa, heyət barəsində müvafiq tədbirlər görüləcək”.
Bununla bağlı "News.ru” saytı təyyarə komandiri tərəfindən göstərilən bu etinasızlıqla mövcud aviasiya qaydalarını pozub-pozmaması, sərnişinləri təhlükəyə atıb-atmaması ilə bağlı ekspertlərə sual verib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib