• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəb şirkətləri Azərbaycana 300 mln. dollardan çox sərmayə yatıracaq

Ərəb şirkətləri Azərbaycana 300 mln. dollardan çox sərmayə yatıracaq
10.01.2020 19:00
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 300 mln. ABŞ dollarından artıq sərmayə yatıracaqlar.

Bunu "APA-Economics"ə Azərbaycanın Energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva bildirib.

Layihələrin vaxt baxımından həyata keçirilməsini şərh edən Z. Əliyeva, bunun uzunmüddətli layihələr olduğunu qeyd edərək, dəqiq tarixi açıqlamayıb.
"Hazırda bu pilot layihələrdir, pilot layihələrdən sonra hərraclar keçiriləcək. Hərraclar keçiriləndə bu şirkətlər yenidən başqa bir layihələrdə də iştirak edə bilər", - deyə Z. Əliyeva əlavə edib.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, "ACWA Power" şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. "Masdar" şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4 000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.

Xatırladaq ki, Azərbaycanda alternativ enerji sahəsinin inkişafı çərçivəsində hərraclara çıxarılacaq seçilmiş 8 coğrafi ərazi üzrə layihələrin ümumi gücü 750 MVt təşkil edəcəyi gözlənilir. Sözügedən ərazilərdə investisiyalar cəlb edilməklə 5 külək və 3 günəş enerji stansiyaların tikintisi planlaşdırılır. Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində keçiriləcək hərraclar proqramı 2020-2025-ci illəri əhatə edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol