• $
  • €
  • ₽
  • ₺
  • £

AMB maliyyə sektorunun inkişafı ilə bağlı layihələr həyata keçirəcək

AMB maliyyə sektorunun inkişafı ilə bağlı layihələr həyata keçirəcək
10.01.2020 22:30
"Cari ildə başlıca məqsədlərdən biri makroiqtisadi sabitliklə yanaşı, maliyyə sabitliyinin təmin olunmasıdır. Bank sektorunun restrukturizasiyası və prosesin tamamlanmasıdır".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.

"Lakin AMB həmişəki kimi təkcə sabitlik funksiyası ilə kifayətlənmir. Cari ildə görəcəyimiz ən başlıca işlərdən biri də maliyyə sektorunun inkişafı layihələrinin həyata keçirilməsidir. Bank sektorunun daha dinamik inkişafı, onun real iqtisadiyyata töhfəsinin artırılması, sığorta bazarının genişləndirilməsi olduqca mühüm çağırışdır. Burada xüsusi strateji layihə hazırlanıb icra olunacaq. O cümlədən kapital bazarın rolunun artırılması diqqətdə saxlanılacaq. Bizim çox ambisiyalı planlarımız var. Pul-kredit siyasətinin normallaşdırılması istiqamətində düşünürük. Bu başlıca olaraq inflyasiya hədəflərinə nail olmaqdan asılı olacaq. Çünki bizim əsas hədəfimiz inflyasiya, qiymət sabitliyi, maliyyə sabitliyidir. Bundan asılı olaraq pul-kredit siyasətini normallaşması prosesi davam etdiriləcək", - deyə AMB-nin sədri bildirib.

E. Rüstəmov ödəniş sisteminin müasirləşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini açıqlayıb: "Bizneslə bank arasında onlayn münasibətlərin qurulması mühüm prioritetlərdən olaraq qalır. Növbəti ildə biz "7-24-365 gün" layihəsini başa çatdıracağıq. Bununla da ödəniş sisteminin il ərzində və gün ərzində fasiləsiz işini təmin edəcəyik. Bu, bank sektoru, biznes üçün çox faydalı olacaq. Bu istiqamətdə bir sıra aktiv pilot xarakterli layihələr var. İT və ödəniş  sistemləri istiqamətində əhəmiyyətli investisiyalar qoyacağıq. Bunu bank, maliyyə sektoru üçün, biznesə daha yaxşı şərait yaradılması üçün edirik".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol