• $
  • €
  • ₽
  • ₺
  • £

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib
10.01.2020 23:00
İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə, Ukrayna hakimiyyət orqanlarının iddia etdiyi kimi, Ukraynanın "Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus "Boeing-737” sərnişin təyyarəsinin təsadüfən raketlə vurula biləcəyi ehtimalını təkzib edib.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, Abedzadə laynerə raket hücumunun "elmi cəhətdən mümkün olmadığını” bildirib. Onun sözlərinə görə, həmin vaxt eyni yüksəklikdə başqa bir neçə sərnişin təyyarəsi də olub.

"Təyyarənin raketlə vurulduğu versiyası heç bir halda həqiqətə uyğun deyil”, - Abedzadə belə deyib.

Ə.Abedzadə ölkədə hərbi və mülki sektorlar arasında "tam koordinasiya”nın olduğunu vurğulayıb.

O, həmçinin İranın qara qutuları ABŞ-a təhvil verməkdən imtina etməsi barədə məlumatları da təkzib edib və bildirib ki, istintaqla maraqlanan bütün tərəflərə lazımi məlumatlar veriləcək. Qurum rəsmisi əlavə edib ki, zərurət yaranarsa, qara qutu məlumatlarının deşifrə edilməsi Fransada və ya başqa bir ölkədə aparılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol