• $
  • €
  • ₽
  • ₺
  • £

“Təcavüzdən sonra təklif etdilər ki, 5 yaşlı qızın barmağına üzük taxaq”

“Təcavüzdən sonra təklif etdilər ki, 5 yaşlı qızın barmağına üzük taxaq”
28.05.2020 20:49
Masazır qəsəbə sakini olan valideyn 5 yaşlı qızının 17 yaşlı qonşusu tərəfindən təcavüzə məruz qaldığını iddia edir.

"Qafqazinfo”ya müraciət edən uşağın anası A.Z-nin sözlərinə görə, təqsirləndirilən şəxsin qohumları istintaqa təsir edərək ittihamın yüngülləşdirilməsinə çalışırlar: 

"2019-cu ilin sentyabrın 15-də dörd azyaşlı uşağımla birgə evin həyətində oturmuşdum. Cabirin (şərti ad) ailəsi uzun illərdir bizim qonşumuzdur, onlarla ailəvi gediş-gəlişimiz var idi. O gəlib sement aparmaq istədiyini dedi və götürmək üçün bizim evin zirzəmisinə girdi. Qızımla oğlum da həmin vaxt evə çıxmaq üçün getdilər. Bu vaxt Cabir qızımı çağırdı ki, gəl evin altında sement axtaraq. Mən elə bildim oğlum da onlarla gedib.
Zirzəmidə Cabir 5 yaşlı qızıma qarşı seksual xarakterli hərəkətlər edib. Onu qorxudub deyib ki, ananı çağırma. Cabir gedəndən sonra qızım mənə hər şeyi danışdı”

A.Z əlavə edib ki, qızını dinləyəndən sonra Cabiri çağıraraq məsələni bildiyini nəzərinə çatdırıb:

"O da dedi ki, anamgilə demə, özümü öldürərəm. Axşam qayınanam onlara gedib Cabirin anasına dedi ki, "buradan köçün gedin, qızın atası bilsə, oğlan üçün pis olar”. Bir həftə keçdi, onlar dedilər "biz heç yerə köçmürük”. Mən də polisə müraciət etdim, istintaq çox yaxşı aparıldı. Müstəntiq Cabiri bizə gətirdi, o da harda, nə etdiyini etiraf etdi, bunlar da videoya çəkildi. Amma sonradan Cabir özünü təqsirli bilmədi, deyib ki, guya, təbii ehtiyaclarını ödəmək istəyəndə uşaq yanına gəlib, o da tez şalvarını çəkib. Amma sonradan mən qızımı danışdıranda öyrəndim ki, Cabir qızıma qarşı eyni hərəkətləri son 3-4 ay ərzində dəfələrlə təkrarlayıb”.

Qadın qeyd edib ki, istintaq zamanı Cabir həbsdə qalıb və bu yaxınlarda iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: 

"Hakim Rasim Sadıxov işi geri qaytardı. Belə əsaslandırdılar ki, Cabir istintaqda ifadə verəndə qanuni nümayəndəsi yanında olmayıb. Amma bizə qəsəbədə deyilib ki, onlar istintaqa təsir edib maddəni y
istəyirlər. İstintaq vaxtı ailə bizə şikayət etməməyimiz üçün pul da təklif etmişdi. Sonra isə vəkilləri təklif etdi ki, 5 yaşlı qızımın barmağına üzük taxsınlar, böyüyəndə alarlar. Bizə belə əxlaqsız təkliflər edirdilər, amma heç biri ilə razılaşmadıq. İndi məsələnin və bu məhkəmə prosesinin ictimailəşməsini istəyirik ki, ədalətli qərar verilsin”.

Qeyd edək ki, ittiham olunan şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə təqsirləndirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol