Feysbuk və instaqramdan Qasım Süleymani ilə bağlı qərar - İSTİFADƏÇİLƏRİN DİQQƏTİNƏ

Amerikanın Feysbuk şirkəti eyniadlı sosial şəbəkədən və ona aid instaqramdan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymanini dəstəkləyən qeydləri silir.
"Qafqazinfo” xəbər verir ki, bu barədə "CNN” telekanalına şirkətin nümayəndəsi məlumat verib.
Feysbukdan bildirilib ki, onlar ABŞ-ın sanksiya şərtləri əsasında işləyirlər. Mənbənin sözlərinə görə, bəzi məhdudiyyətlər ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığına münasibəti ilə əlaqədardır. Qeyd olunur ki, ABŞ-ın "qara siyahı”sında olan şəxsləri tərifləyən və ya hərəkətlərini davam etdirməyə çağıran şəxslərin hesabları silinir.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun "Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























