• $
  • €
  • ₽
  • ₺
  • £

“Dərs müddətinin uzadılması şagirdlərin xeyrinədir” - Təhsil eksperti

“Dərs müddətinin uzadılması şagirdlərin xeyrinədir” - Təhsil eksperti
06.08.2014 18:35
“Dərs ilinin uzadılmasını normal qiymətləndirirəm. Çünki bu, bizim məktəblilərin yay tətil müddətini bir o qədər də qısaltmır. Konkret olaraq yenə də iki ay yarım məktəblilərin yay tətili qalır. Bu qərar heç şübhəsiz ki, dərslərin sentyabrın 15-də başlanmasının verdiyi fəsadlarla bağlıdır. Ancaq görünür ki, yenidən sentyabrın 1-ə qayıtmaq məsələsi gec mümkün olduğuna görə, yəqin ki, proqramın tam yerinə yetirilməsi üçün iki həftə müddətində dərslərin artırılması haqqında qərar verildi”. 
Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
Qeyd edək ki, orta məktəblərdə tədris müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib. Növbəti tədris ilindən etibarən dərslər sentyabrın 15-də başlayacaq və iyunun 14-ə qədər davam edəcək. Artıq Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı, şagirdlərin tətil günləri, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən konkret təkliflərin toplandığı planı hökumətə təqdim edib.
Ekspertin sözlərinə görə, bu qərar şagirdlərin xeyirinədir: “Təhlillərimiz onu göstərir ki, orta təhsildə ən az dərs həftəsi Azərbaycanda tətbiq olunur. Bir çox ölkələrdə hətta bizim dərs müddətindən bir ay artıq, 15 gün, 20 gün çox dərs günü tətbiq olunur.  Nəzərə alsaq ki, dərs ilinin sonunda da bütün orta məktəb şagirdlərinin dərslikləri geri alınır. Və dərsliklər geri alındığı üçün onların əlində keçdikləri sinfin materiallarını təkrarlamaq üçün heç bir vəsait qalmır. Artırılan 15 gün bu baxımdan da əhəmiyyətlidir. Həm də bizdə bir tədris ilinin müddətində olan bayramların sayı çox olduğu üçün dərs həftələrinin sayını xeyli azaldır. Buna görə də hesab edirəm ki, bu şəkildə dərs müddətinin uzadılmasının əhəmiyyəti var. Bunun şagirdlərə və müəllimlərə bir o qədər ziyanı yoxdur”.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol