DİN Nərminin qətli ilə bağlı media nümayəndələrinə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) media nümayəndələrinə xəbərdarlıq edib.
Belə ki, qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şayiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb.
O bildirib ki, Tovuz rayonunda törədilən qətlin üstünün açılmasına, cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək tutulmasına, bununla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən rəsmi məlumatın yayılmasına baxmayaraq, yenə də bəzi xəbər saytları, ayrı-aryı sosial şəbəkə istifadəçiləri, özlərini hüquq eksperti adlandıran şəxslər dövlətin mötəbər qurumlarının yaydığı rəsmi məlumatı bir kənara qoyaraq istintaqın başa çatmasını gözləmədən qeyd olunan cinayətlə bağlı öz mülahizələrini, ehtimallarını, orda-burda eşitdikləri ara söhbətlərini heç bir dəqiqləşdirmə aparmadan tirajlayırlar: "Belələri fərqinə varmırlar ki, onlar bu cür uydurma, əsassız məlumatlar yaymaqla ən birinci elə qətlə yetirilən şəxsin ailəsinə, əzizlərinə əlavə mənəvi və psixoloji zərbə vurmuş olurlar. Onlar hansı yolla olursa olsun, oxucu və izləyici auditoriyası çox az olan saytlarına, sosial şəbəkədəki səhifələrinə aldatma yolu ilə oxucu və izləyici cəlb etməkdir ki, bu da həm "KİV haqqında” Qanuna, həm də jurnalist etikasına tamamilə ziddir.
Ona görə də DİN-in rəsmisi olaraq süni reytinq qazanmaq üçün öz təxəyyülərinin məhsulu olan uydurma məlumatları, şayiələri ictimailəşdirənlərə həm tövsiyə, həm də xəbərdarlıq edirəm ki, ölkəmizdə bərqərar olmuş kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməsinlər. İnsanlara mənəvi ziyan vuran, onlarda dövlətin hüquq-mühafizə siyasətinə etimadsızlıq yaratmağa yönəlik qanunsuz əməllərdən çəkinsinlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























