• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni vəhşiliyini sübut edən dəhşətli – FOTOLAR (18+)

Erməni vəhşiliyini sübut edən dəhşətli – FOTOLAR (18+)
28.05.2020 23:01
"950 şəhid mənim təşkilatçılığım ilə ailələrinə göndərilib”.
Erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişəm.
Anews.az xəbər verir ki, bu sözləri AzNews.az-a "General Əli” bəy kimi tanınan Qarabağ döyüşçüsü Əlövsət Qasımov deyib.
Onun sözlərinə görə, erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlər məhz onun tərəfindən döyüş meydanlarından çıxarılıb, şəxsiyyətləri müəyyən edilib.

"950 şəhid mənim təşkilatçılığım ilə ailələrinə göndərilib. Eləcə də mən erməni vəhşiləri tərəfindən tanınmaz hala salınan, başı kəsilən, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin foto-şəklini çəkərək erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-salnamə yaratmışam. Bundan başqa, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışam”, – deyə "General Əli” vurğulayıb.
Qeyd edək ki, Əlövsət Qasımovun göstərdiyi xidmətlər "Müharibənin canlı ensiklopediyası”, "Erməni vandalizmi”, "Başsız meyit,” "Şahid şəhidlər haqqında”, "Qanlı köynəklər”, "Ölümlə üz-üzə”, "Sonsuz erməni vandalizminin iç üzü”, "Oğurlanmış tarixi soyqırım”, "Sağlamlığın sirri”, "Erməni terroru”, "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” və "Heydər Əliyevin hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapıb.
Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən "Ruhumun harayı” və "Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur.
Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən qaçqın düşüb. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7 il iştirak edib. Onun lentə aldığı foto-şəkillər erməni vəhşiliyini sübut edən əsil sənəd kimi saxlanılır.
 











www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol