• $
  • €
  • ₽
  • ₺
  • £

QMİ: Allahşükür Paşazadə II Qareginin məktubunu almayıb

QMİ: Allahşükür Paşazadə II Qareginin məktubunu almayıb
06.08.2014 17:22
“Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin Katolikosu II Qareginin haqqında danışılan məktubunu almayıb”.QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şeyxülislam özü də məktub barədə yalnız mətbuatdan tanış olub və rəsmi olaraq belə bir məktubu hələ ki almayıb. Bildirilir ki, əgər belə bir məktub idarəyə daxil olarsa, o zaman Allahşükür Paşazadə öz mövqeyini bildirəcək. Qeyd edək ki, erməni mətbuatı bütün ermənilərin Katolikosu II Qaregin son günlər cəbhədə baş verən hadisələrlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət etməsi barədə məlumat açıqlayıb.Müraciətdə atəşkəsin pozulmasının sülhə ciddi təhlükə yaratdığı bildirilib: “Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, onun həyata olan haqqı da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir.  Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol