• $
  • €
  • ₽
  • ₺
  • £

Orxan Camalın qətli ilə bağlı yeni açıqlama: Xəbərdarlıq edilmişdi

Orxan Camalın qətli ilə bağlı yeni açıqlama: Xəbərdarlıq edilmişdi
13.01.2020 10:40
Mərkəzi Afrika Respublikasında əslən Azərbaycandan olan rusiyalı jurnalist Orxan Camalın öldürülməsinin səbəbi qarət olub.

"Kommersant” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədr müavini İqor Krasnov açıqlama verib. 

Onun sözlərinə görə, 30 iyul - qətl günü Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko nəqliyyat vasitəsilə "naməlum kişi” ilə görüşmək üçün Bambari şəhəri istiqamətində hərəkət ediblər. Orxan Camal və yoldaşlarını bu zaman qaradərili dəstə üzvləri saxlayıb, foto və videoavadanlıqları tələb ediblər. Rusiya vətəndaşları buna etiraz ediblər və nəticədə, cinayətkarlar tərəfindən öldürülüblər.

İstintaq Komitəsinin rəsmisi, həmçinin, bu ölkədə gecə səyahət etməyin təhlükəli olması barədə Orxan Camal və yoldaşlarına xəbərdarlıq edildiyini qeyd edib. 
"Hücumun şəraiti MAR və ya qonşu ölkələrin sakinləri tərəfindən qətl hadisəsinin qarət məqsədilə törədildiyini göstərir”, - Krasnov bildirib.

Xatırladaq ki, Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner” barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol