• $
  • €
  • ₽
  • ₺
  • £

“Uşağın sahibi ola-ola sən kimsən ki, hoqqa açırsan?”

“Uşağın sahibi ola-ola sən kimsən ki, hoqqa açırsan?”
29.05.2020 02:59
"Bu fotonu tələbəm Müzəffər gizli çəkərək mənə göndərib. Siz necə dəyərləndirəcəksiz, bilmirəm. Amma mənə o qədər təsir etdi ki, sözə çevirə bilmirəm. Mən uşaq vaxtı yaşadığım 8 nömrəli internat məktəbində bir müəllimə var idi. Ondan çox qorxurduq. Qadın bizdə "iclas” sözünü fobiya etmişdi. Hələ də məni kimsə iclasa çağıranda elə bilirəm ki, kimlərsə, yaxud mən çox pis danlanacam”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəöbəkədə yazıb. O, şagirdi ilə fotosunu paylaşaraq başına gələn maraqlı hadisədən söz açıb:

"Çünki uşaqlarımızın hamısını söyürdü, yaxud özünə məxsus bir formada qarğış edirdi. O vaxt sözlərinin mənasını anlamırdıq. Görəsən, biz necə dözmüşük? Deməli, belə çıxır ki, o vaxt uşaqlar dözümlü olub. İradələri zəif olmayıb, hə?

Ailə qurmamışdan əvvəl qaşlarım çox nazik idi. Hətta yaxından görməyənlər elə bilirdi ki, qaşlarımı almışam. Bir gün həmin o tərbiyəçi yanında bir müəllim yoldaşı ilə məni otağa apardılar. Üzümü pəncərənin önünə tərəf tutaraq qaşlarımı yoxladılar. Mən də səfeh kimi onların əlinin altında oturub icazə verdim ki, qaşlarıma baxsınlar. Adama deyən lazımdır ki, bu uşağın sahibi ola-ola sən kimsən ki, başıma hoqqa açırsan? Bu barədə evdəkilərə heç məlumat vermədim. Bütün uşaqların o qadına qarşı qorxusu var idi.
Uşaqları qorxudaraq guya öz aləmində tərbiyə edən müəllimlərə sözüm var! Onlara öncə sevgi vermək, qayğı göstərmək lazımdır. Uşaqlar onsuz da böyük sevgilərindən ehtiram göstərəcəklər. Uşaqları qorxutmağa çalışmayın. Bu, ömürlük travmaya çevrilə bilər. Uşaqlar müəllimini sevməlidir, qorxmalı deyil”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol