İranlı qadın diktor istefa verdi: “Bağışlayın, sizə 13 il yalan danışmışam” - FOTO

İranın Ukraynaya məxsus təyyarəni vurması ölkədə sabitliyi pozub. Minlərlə insan etiraz aksiyasına çıxaraq hökumətin istefasını tələb edir.
Bizimyol.info xəbər verir ki, aksiyalarda daha çox ABŞ-ın öldürdüyü İran generalı Qasım Süleymaninin şəkilləri cırılır. Amerika dövlətinə dəstək şüarları da səslənir.
Bu hadisələrin fonunda başqa maraqlı hadisələr də baş verir. Məsələn, İran televiziyasının diktoru Gülarə Cabbari istefa vermək qərarına gəlib. O, qərarını "Instagram” profilindən elan edib.
Cabbari indiyə qədər səsləndirdiyi həqiqətə uyğun olmayan xəbərlərə görə üzr istəyib: "Bağışlayın, sizə 13 il yalan danışmışam”.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib