• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu komitə sədrinin müavini evini hostel etdi - POLİS İŞƏ QARIŞDI

Bakıda bu komitə sədrinin müavini evini hostel etdi - POLİS İŞƏ QARIŞDI
14.01.2020 17:05
Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayan Məmmədova Felmira İsax qızı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Arandan şikayətçidir.

Unikal.org xəbər verir ki, bu barədə F.Məmmədovanın modern.az-a ünvanladığı şikayətdə deyilir: 

"Mən Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayıram. Mənzilimlə üzbəüz keçmiş millət vəkili Səyyad Aranın mənzilidir. Özü həmin evdə yaşamır, dəfələrlə evi əxlaqsızlıq yuvası kimi gündəlik olaraq naməlum insanlara kirayə verib. İndi isə qanunsuz olaraq, hostel kimi əcnəbilərin istifadəsinə verib. Səyyad Aranla əlaqə saxlayıb, elədiyinin qanunsuz olduğunu, yaşayış yerində hostel yaradılmasının düzgün olmadığını bildirsəm də, mənə kobud şəkildə "Mənə Prezident icazə verib hostel açmağa, get kimə istəyirsən şikayət elə, istəyirsən Moskvadan jurnalist çağır” deyə bildirdi. Çox xahiş edirəm, aidiyyatı qurumlar məsələyə münasibət bildirsinlər”.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran məsələ ilə bağlı açıqlama verib. O qarşı tərəfin haqsız olduğunu iddia edib:
"Qeyd edilən ünvan mənim övladımın evidir və ev icarəyə verilib. Evi icarəyə götürənlər pakistanlıdırlar. Dünən polis idarəsindən adam çağırdım ki, onların mənşəyini müəyyənləşdirsin, kimdirlər, nəçidirlər. Bu gün pakistanlılarla rəsmi notariat qaydada müqavilə bağlanacaq və ev hostel kimi istifadə edilməsi üçün onlara icarəyə veriləcək. Hələ həmin evdə kimsə yaşamırsa, vətəndaş hansı haqla insanlara əxlaqsız deyir? Pakistanlılar oradan hostel kimi istifadə edəcək. Hostelin məişət pozğunluğu üçün istifadəsi qeyri-real və qeyri-mümkündür. Hələ orda yaşayan yoxdur. Pakistanlılar dünyada türklərdən sonra Azərbaycana ən yaxın millətdir. Onlar Azərbaycanda iş quaracaqlar. Onların Bəşir Səfəroğlu küçəsində böyük supermarketləri var. Mənim evimdə təsadüfi adam ola bilməz. Mən küçədən keçəni evimə buraxmaram”.

S.Aran qeyd edib ki, qarşı tərəfi məhkəməyə verəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol