• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kişi baldızını öldürüb, arvadını bıçaqladı — TƏFƏRRÜATLAR

Bakıda kişi baldızını öldürüb, arvadını bıçaqladı — TƏFƏRRÜATLAR
14.01.2020 17:40
Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını bıçaqlayaraq öldürməkdə, arvadına isə xəsarət yetirməkdə təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Anews.az" report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. 
Baxış iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Binəqədi rayonunda - Binəqədi şosesi, döngə 4 ünvanında baş verib. İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu arvadı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızına 14 bıçaq zərbəsi vurub. O, daha sonra 1987-ci il təvəllüdlü baldızı, Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə 5 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb. Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılsa da, Roza Mahmudovanın həyatını xilas etmək mümkün olmayıb. 

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan S.Quliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol