• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan-Azərbaycan sərhədində insident olub -Saxlanılan var

Gürcüstan-Azərbaycan sərhədində insident olub -Saxlanılan var
14.01.2020 18:51
Gürcüstan mediası Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insidentin baş verməsi ilə bağlı məlumat yayıb.
Anews.az "virtualaz.org”a istinadən xəbər verir ki, bu gün saat 12:40 radələrində Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, "Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Saat 13:10 radələrində Gürcüstan ərazisində 6-7 nəfərədək hərbi geyimli silahlı şəxsin (biri qeyri-sərhədçi, digərləri sərhədçi hərbi geyimində olmaqla) öz aralarında mübahisə edərək sərhəd xəttinə doğru hərəkət etmələri, onlardan birinin əlində əl qumbarasının olması və havaya atəş açması sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd naryadımız dərhal təhlükəsiz döyüş mövqeyi seçmiş və havaya xəbərdarlıq atəşi açıb. Xəbərdarlıq atəşindən sonra həmin şəxslər hərəkətlərini dayandırıb və bundan istifadə edən Gürcüstan sərhədçiləri hərbi geyimli şəxsi tərkisilah edə biliblər.
Saat 14:30 radələrində Gürcüstan tərəfi baş vermiş hadisənin qarşısının alınması və vəziyyətin tam nəzarətə götürülməsi barədə məlumat verib və əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Hadisə ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol