Qazaxdan silahlar tapıldı

Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.
ANN.Az DİN-in saytına istinadən xəbər verir ki, Qazax RPŞ əməkdaşları tərəfindən Ağköynək kəndinin ərazisindən 1 ədəd “TOZ 63” markalı, 1 ədəd nömrəsiz “TOZ-8” markalı, 1 ədəd lüləsi və qundağı kəsilmiş, 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli tüfənglər, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























