Rusiyada meyiti tapılan Səlimlə bağlı YENİ XƏBƏR: “Prokurorun sanksiyasını gözləyirik”

Moskvada kimsəsizlər qəbiristanlığında dəfn edilən Hacalıyev Səlim Akif oğlu ilə bağlı yeni xəbər var.
"Bizim hüquqşünaslar ona dəstək olacaqlar. Hazırda eksqumasiya ilə ilə bağlı proseslər gedir. Prokurorun müvafiq sanksiyasını gözləyirik. Sanksiya verilən kimi meyitin eksqumasiyası baş tutacaq və onun nəşi Bakıya göndəriləcək”.
Elnur bəyin dediyinə görə, meyit "200 nömrəli yük” kimi sənədləşdirildiyindən, bu da bir qədər vaxt apara bilər. Amma bütün bunlara baxmayaraq nəşin göndərilməsində heç bir problem yoxdur. "Diaspora lazımi vəsaitlə bu məsələləri həll edəcək”.
Hüseynov bəzi telekanallardan və portallardan da narazılığını bildirdi. Onun dediyinə görə, bəzi KİV-də Səlimin anasının guya oğlundan imtina etdiyi barədə lüzumsuz xəbərlər gedib. Sensasiya və reytinq naminə əsası olmayan informasiyalar yayırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























