• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident ona da ev verdi - FOTO

Prezident ona da ev verdi - FOTO
15.01.2020 16:36
Prezident İlham Əliyev kino tədqiqatçısı, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadəyə mənzil bağışlayıb.

Axeber.az xəbər verir ki, 80 yaşı tamam olan Aydın Kazımzadə Open.az-a açıqlamasında yubileyi ərəfəsində ən böyük hədiyyənin Prezident İlham Əliyev tərəfindən verildiyini bildirib:

"Prezident İlham Əliyev mənə ikiotaqlı mənzil hədiyyə edib. Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz. Şəfiqə Məmmədovaya da minnətdarlığımı bildirirəm”.

Aydın Kazımzadə hazırda "Xatirələr” adlı kitab yazdığını vurğulayıb.

Qeyd edək ki, Aydın Kazımzadə Azərbaycanda kino mətbuatının yaradıcısıdır. Uzun illər "Kino” qəzetinin və "Film” jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, AzTV-də dublyaj şöbəsinin müdiri, "Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb.
Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq Prezident Heydər Əliyev tərəfindən sərəncamla avqustun 2-ni Mill Kino Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.

Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol