• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi hərəkətin intensivliyini artırmaq üçün yenilik etdi - VİDEO

Yol polisi hərəkətin intensivliyini artırmaq üçün yenilik etdi - VİDEO
15.01.2020 17:17
Artıq "20 Yanvar”, "Şamaxinka”, 3-cü mikrorayon və "Memar Əcəmi” dairələrində normal hərəkət təmin edilib

Son günlər Bakıda hərəkətin təşkilində intensivlik müşahidə olunur. Avtosfer.az olaraq bu dəyişiklikdən sonra paytaxtın daha çox problemli nöqtələri olan "20 Yanvar”, "Şamaxinka”, 3-cü mikrorayon və "Memar Əcəmi” dairələrində müşahidələr apardıq. Görüntülərdən də aydın olur ki, artıq həmin ərazilərdə hərəkətin intensivliyi bərpa olunub.

Yol polisi əməkdaşları qeyd olunan nöqtələrdə fasiləsiz xidmət aparır, dayanacaqların ətrafını boşaldır, yolun hərəkət hissəsini zəbt edən taksi sürücülərini ərazidən kənarlaşdırırılar. Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunur.

Apardığımız araşdırmalardan məlum oldu ki, son günlər Bakıda DYP rəhbərliyi hərəkətin təşkili ilə bağlı yenilik edib. Belə ki, İdarədə kameralara nəzarət edən əməkdaşlar mütəmadi olaraq yollarda xidmət aparan YPX əməkdaşları ilə əlaqə saxlayır. Hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa dərhal ərazidə xidmət aparan əməkdaşa radioqəbuledici vasitəsilə məlumat verilir. YPX əməkdaşları isə vaxt itirmədən deyilən yerə yaxınlaşaraq problemi aradan qaldırır.

Bunun nəticəsində yollarda nəqliyyat vasitələrin rahat və fasiləsiz hərəkəti təmin edilir. Sakinlər arasında apardığımız sorğu da bunu təsdiqlədi. Bildirildi ki, şəhərdə son günlər tıxaclar azalıb, dayanacaqlardan istifadə asanlaşıb. Sakinlər yol polisinə bu addıma görə təşəkkür etdilər.
Daha ətraflı təqdim etdiyimiz videomaterialda:

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol