• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdəki digər hüquq müdafiəçisi də prezidentdən əfv istədi

Həbsdəki digər hüquq müdafiəçisi də prezidentdən əfv istədi
06.08.2014 12:45
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Həsən Hüseynli cəza çəkmə müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Son günlər erməni işğalçılarının növbəti dəfə atəşkəsi pozması və Azərbaycan Ordusunun düşmənin bu təxribatlarının qarşısını rəşadətlə alaraq qısa bir müddətdə bütün cəbhə xətti boyunca vəziyyətə tam nəzarəti ələ alması bir daha sübut etdi ki, Sizin Ali Baş Komandan olduğunuz bu güclü ordu güclü Azərbaycan dövlətinin qarantı olmağa qadirdir. İlk baxışda adi bir hərbi uğur təəssüratı yaradan bu fenomen əslində Sizin Strasburqdakı son möhtəşəm çıxışınızda Azərbaycanın müstəqil, qüdrətli və öz müqəddəratını həll etmək gücünə malik bir ölkə olması barədə söylədiyiniz tutarlı arqumentlərin reallığının əyani nümayişidir. Hörmətli cənab Prezident! Sizin Ali diqqətinizə çatdırmaq istəyirəm ki, Vətənimizin bu taleyüklü günlərində üzləşdiyi problemlərin həllinə öz töhfəmi vermək imkanından məhrum olduğumdan dərin təəssüf hissi keçirirəm. Digər tərəfdən mənimlə bağlı şəxsi böhtan zəminində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb həbs ediləndən sonra mənə məlum olub ki, bir neçə əcnəbi siyasətçilər mənim həbsimin siyasi motivlərə əsaslandığı barədə bəyanatlar veriblər. Mən bunu belə qəbul etmirəm və həbsimlə bağlı müraciət etdiyim apellyasiya məhkəməsində bəraət alacağıma əminəm. Azərbaycan hüquqi dövlətdir və Azərbaycan Prezidenti tərəfindən qorunmasına inanıram və hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına ehtiyac görmürəm.  Hörmətli cənab Prezident! Ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin ən yüksək səviyyələrə çatdırılmasında Sizin əldə etdiyiniz nailiyyətlər, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və ölkəmizin dünya ölkələri arasında layiqli yer tutması kimi Ali missiya uğrunda apardığınız yorulmaz mübarizə danılmazdır. Hörmətli cənab Prezident! Ali ünvanınıza bu məktubu göndərməklə bir Azərbaycan vətəndaşı kimi Sizi əmin etmək istəyirəm ki, bütün şüurlu həyatım boyu olduğu kimi, bəraət alıb azadlığa çıxandan sonra da mən bütün gücümü, biliyimi və bacarığımı bu nailiyyətlərin daha da yüksəlməsinə və bu Ali missiyanın həyata keçməsinə sərf edəcəyəm!”   Qeyd edək ki, «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli bu il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqlamaqda ittiham olunub. Sonradan H. Hüseynli polis nəzarətində olmaqla azadlığa buraxılıb. İyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə 5 il 11 ay müddətinə azadlıdan məhrum olunub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol