Elmlər”dəki tüstülənmə xəbəri haqda açıqlama

"Hazırda Bakı metrostansiyalarında hər hansı yanma və ya tüstülənmə halı müşahidə olunmur”.
Bu sözləri "Qafqazinfo”ya açıqlamasında "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Bildirib ki, tüstülənməylə bağlı yayılmış məlumat yanlışdır:
"Bildiyimiz kimi, stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır. Biri çöldəki havanı içəri sovurur, digəri isə içəridəki havanı çölə vurur. Yəqin ki, bayırdakı havanı içəri vuran zaman bu hal müşahidə olunub. Dərhal ventilyatorun iş rejimi dəyişdirildi və içəridəki hava çölə vuruldu. Hazırda hər hansı bir stansiyada ventilyatorların işində problem və ya tüstülənmə halı müşahidə olunmur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























