• $
  • €
  • ₽
  • ₺
  • £

AzMİU bu qurumlarla memorandum imzaladı

AzMİU bu qurumlarla memorandum imzaladı
16.01.2020 23:00
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AMEA-nın Coğrafiya İnstitutu və Seysmoloji Xidmət Mərkəzi arasında Əməkdaşlıq  Memorandumu imzalanıb. 

"Qafqazinfo”nun məlumatına görə, mərasimdə AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Respublika Seysmoloji Xidmət Mərkəzinin sədri Qurban Yetirmişli iştirak edib.

Qonaqları salamlayan universitetin rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, son illər rəhbərlik etdiyi universitetlə sözügedən qurumlar arasında işgüzar əlaqələr mövcuddur. Rektor bu əlaqələrin uğurlu nəticəsi olan Əməkdaşlıq Memorandumunun hər bir tərəf üçün geniş imkanlar açacağına ümidvar olduğunu qeyd edib.

O, Memorandum çərçivəsində birlikdə müxtəlif layihələrin, tədbirlərin, konfrans və forumların keçirilməsi ilə yanaşı, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulmasının nəzərdə tutulduğunu vurğulayıb:"Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün  faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə də töhfə verəcək”.

İmzalama mərasimində çıxış edən qonaqlar, universitetin əməkdaşları da birgə işbirliyinin mütəxəssis hazırlığına, universitet tələbələrinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirak edərək yetişəcəyinə, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin ediləcəyinə dəstək olacağını vurğulayıblar.
Daha sonra ikitərəfli əməkdaşlığa dair Memorandum imzalanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol