• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəhşətli virus yayılıb - temperatur, ishal, qusma halları varsa...

Azərbaycanda dəhşətli virus yayılıb - temperatur, ishal, qusma halları varsa...
17.01.2020 11:06
"Hazırda ölkəmizdə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyət mövcud deyil".

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Respublikanın baş infeksionisti Cəlal İsayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb:

"Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyil. Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır.

Bu il respublikada "donuz qripi”, yaxud "quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”.
Baş infeksionist bildirib ki, bu xəstəlik xüsusilə körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir:

"Burada əsas məsələ düzgün müalicədir. Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn, uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq xəstəxana şəraitində müalicə olunmalıdır.

Xəstəxana yox, ev şəraitində müalicə olunan hallarda isə həkim çağırmaq lazımdır. Çünki xəstədə ağırlaşma halının olmaması üçün o, ən azı temperaturu olduğu müddətdə həkim nəzarətində qalmalıdır. İnsanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməli, maskalardan istifadə etməlidirlər.
Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması digərlərinin də xəstələnməsinə kifayət edir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol