• $
  • €
  • ₽
  • ₺
  • £

Baş pediatrdan valideynlərə xəbərdarlıq

Baş pediatrdan valideynlərə xəbərdarlıq
17.01.2020 11:09
"Hazırda payız-qış mövsümü üçün xarakterik olan soyuqdəymə xəstəliklərinə tez-tez rast gəlinir. Çünki havanın soyuması ilə əlaqədar olaraq bakteriya və virusların yayılmasına meyllik artır".

"Report" xəbər verir ki, bunu respublikanın baş pediatrı Nəsib Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, uşaqların bağçalarda, məktəblərdə, kollektivdə cəmləşməsi, yəni bir-birini yoluxdurma ehtimalının yüksək olması, bakteriya və virusların aktivliyinin artması, digər tərəfdən immunitetin güclü olmaması xəstəlik riskini artırır:

"Ona görə də əvvəlki illərdə olduğu kimi, bu il də uşaqlar arasında bir sıra virus mənşəli xəstəliklər müşahidə olunur. Yayılan viruslar müxtəlif mənşəlidir. Onlar adenoviruslar, rinoviruslar, paraqrip və qrip, rotaviruslar adlanır və onların minlərlə stereotipləri mövcuddur”.
N.Quliyev yüksək hərarət zamanı nə etmək lazım olduğunu açıqlayıb:

"Bu viruslar çox sürətlə artıb çoxalır. Buna görə də virusların şiddətlə artıb çoxaldığı dövrdə hərarət müşahidə olunur. Əslində, 38.5, 39 dərəcəyə qədər olan hərarət orqanizmin infeksiyaya qarşı qorunma reaksiyalarından biridir. Çünki bədəndə hərarətin yüksəlməsi virus və bakteriyaların artıb çoxalmasına mənfi təsir göstərir. Bütün hallarda qızdırmanı salmaq lazım deyil. Əgər hərarət 38.5-dən, 39-a və ondan yuxarı qalxarsa, o zaman müdaxilə edilməlidir. Əks-halda hərarətsalıcı dərmanlardan istifadə etmək doğru deyil. Bu barədə valideynlər mütləq həkimlərlə məsləhətləşməlidirlər”.

N.Quliyev bildirir ki, uşaqların xəstəlikdən qorunması üçün qidalanmaları, geyimləri, onlara göstərilən qulluq düzgün olmalıdır:

"Yay mövsümündə günəş, qum, su vannası qəbul etmək, bol meyvə-tərəvəzlə qidalanmaq lazımdır. Peyvəndlər vaxtlı-vaxtında edilməlidir. Valideynlər bunlara əməl edərsə, uşaqlar bir qayda olaraq payız-qış mövsümündə az xəstələnərlər”.

Adıçəkilən virus infeksiyalarından ölüm hallarının olması ilə bağlı sualı cavablandıran baş pediatr deyib ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də virus xəstəlikləri qorxulu fəsadlar törədə bilir:

"Əgər klassik gediş müşahidə olunursa adətən xəstəliyin əlamətləri bir həftə ərzində keçir. Bədənin özünün müdafiə qüvvələri səfərbər olunaraq xəstəliyi yox edir. Amma virus xəstəliklərinin qorxulu cəhəti odur ki, onlar bəzən gözlənilməyən ağır fəsadlar törədir. El arasında düşünülür ki, qrip qorxulu xəstəlik deyil.

Amma ağır fəsadlar, hətta ölüm halları törətdiyinə görə hər kəs buna ciddi yanaşmalıdır. Bu gün xəstəliyi "qrip” adlandırırlar, amma sabah bu, ağır fəsadlar, meningit, qanaxma, sətəlcəm törədə bilər və ağır gedişlə ölümə gətirib çıxara bilər.
 
Odur ki, valideynlər, tibb işçiləri, ümumiyyətlə, hər kəs buna ciddi yanaşmalıdır. Bu viruslar aldadıcı olur, adətən, düşünürlər ki, bir neçə günə keçəcək. Amma diqqətli olmayanda ağır fəsadlar törədir. Elə Balakəndə ölən məktəbli uşağın da diaqnozu kəskin respirator virus infeksiyası idi. Bu ölüm hadisələri başlanğıcda virus infeksiyası olsa da, sonradan fəsadlaşıb ağır xəstəliklər əmələ gətirir. Məsələn, meningit, sətəlcəm, baş-beyin toxumasının iltihablaşması... Dediyim kimi, bunlar həmişə mövcuddur və sadalanan məsələlərə diqqət edilməsə, bu gün də bu hallarla qarşılaşa bilərik”.

Baş pediatr həmçinin onu da vurğulayıb ki, Azərbaycanda aparılan baktereoloji, virusoloji laborator müayinələr nəticəsində bu il bir virusun törətdiyi epidemiya hələ müşahidə olunmayıb:
"Əksinə, son günlərdə viruslarla bağlı xəstələnmənin sayı azalmağa doğru gedir və artım müşahidə edilmir"

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol