• $
  • €
  • ₽
  • ₺
  • £

Əziz Əzizov sakinlərlə görüşdü - Foto

Əziz Əzizov sakinlərlə görüşdü - Foto
17.01.2020 11:35
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Günəşli "D” massivində keçirib.
"Qafqazinfo” xəbər verir ki, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 282 nömrəli məktəbin akt zalında təşkil olunan səyyar görüş-qəbulda rayon rəhbəri sakinlərə cari ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter daşıyır.

Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Küçələr asfaltlanır, yeni su və kanalizasiya şəbəkələri qurulur, çoxmərtəbəli binaların fasadları və dam örtükləri təmir edilir, liftlər təzələnir, abad həyətlər salınır. Rayonda həyata keçirilən bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.

Sakinləri rayonda onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən çoxmərtəbəli kooperativ binaların fasadlarının, dam örtüklərinin təmiri, giriş qapılarının və liftlərin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması məsələlərinə aydınlıq gətirib. 
 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol