• $
  • €
  • ₽
  • ₺
  • £

“SOCAR istiqrazları”nın növbəti faiz ödənişi həyata keçirilib

“SOCAR istiqrazları”nın növbəti faiz ödənişi həyata keçirilib
17.01.2020 12:29
Bu gün "SOCAR istiqrazları” sahiblərinə sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi həyata keçirilib.

"SOCAR Capital” şirkətindən "Report”a verilən məlumata əsasən, ödənişin məbləği 1,250 mln. dollar təşkil edir. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16,250 mln. dollara yüksəlib.

"Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən "SOCAR istiqrazları”nın 1,250 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

Təkrar bazar əməliyyatlarının həcminin 185 mln. dollara çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 mln. dollara yaxınlaşması "SOCAR istiqrazları”na olan yüksək tələbatdan xəbər verir”,- məlumatda qeyd edilib.

Bildirilib ki, "SOCAR istiqrazı” sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.

Qeyd edilib ki, bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiq yöndə hazırlıq işləri davam etdirilir.
1 və 5 saylı "ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan "SOCAR istiqrazları”nın növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol