• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polislərə atəş açıldı

Bakıda polislərə atəş açıldı
17.01.2020 14:33
Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib.

Anews.az xəbər verir ki, bu barədə Oxu.Az-a rayon polis şöbəsindəki mənbə məlumat verib.

Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03:00 radələrində Naximov küçəsində naməlum şəxs "Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib.

Lakin bunun əvəzinə kişi pnevmatik silahını çıxarıb və polisə tərəf dörd dəfə atəş açaraq onlara silahlı müqavimət göstərib.

Buna baxmayaraq, asayiş keşikçiləri onu saxalaya biliblər.

Məlum olub ki, şübhəli - Zəngilan rayonundan olan 1989-cu il təvəllüdlü Pərviz Rövşən oğlu Həzili əvvəllər narkotik maddə saxlamaq və hüquq mühafizəçilərə müqavimət göstərməkdə ittiham olunub.

Axtarış zamanı Xətai rayonu 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan şəxsdən pnevmatik tapança və üç bıçaq aşkar edilərək müsadirə olunub. P.Həzilinin maşınında dörd ədəd ov tüfəngi patronu, 6.192 qram heroin və 515 qram marixuana tapılıb.

Cinayət törədildiyi vaxt P.Həzilinin narkotik maddələrin təsiri altında olduğu ehtimal edilir.

Şübhəlinin cinayətkar bir qrupun üzvü olması istisna edilmir. Hazırda saxlanılan şəxsin törədilən cinayətlərdə iştirakı ilə bağlı yoxlamalar aparılır.

Faktla əlaqədar istintaq davam edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol