• $
  • €
  • ₽
  • ₺
  • £

Polis genişmiqyaslı əməliyyat keçirib - tutulanlar arasında qadın da var

Polis genişmiqyaslı əməliyyat keçirib - tutulanlar arasında qadın da var
17.01.2020 15:22
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin üzvlərinə qarşı geniş miqyaslı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən  Anews.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-yə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin qadın, Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb.
 
Onun üzərində şəxsi axtarış aparılan zaman 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321,964 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
 
Polis əməkdaşları saxlanılan şəxsin ətrafında əməliyyat tədbiri həyata keçirən zaman müəyyən edilib ki, M.Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan "Maqsud” adlı İran vətəndaşından satmaq məqsədi ilə əldə edib.

Qeyd edək ki, M.Məmmədova  bir neçə dəfə həmin şəxsin ona göndərdiyi heroini və metamfetaminin satışını həyata keçirib.
 
O, narkotik vasitələrin pulunu  "Maqsud”a Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsi ilə  göndərib.
 
Polis əməkdaşları tərəfindən A.Naderi də saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsində etdiyi cinayəti etirf edib. Saxlanılan şəxslərin cinayət əlaqələrinin və narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində Cəlilabad RPŞ əməkdaşlarını tərəfindən tədbirlər davam etdirilən zaman "Maqsud” adlı şəxsin M.Məmmədova yenidən külli miqdarda narkotik vasitə göndərəcəyi məlum olmuşdur.
 
Görülmüş tədbirlərlə Cəlilabad RPŞ əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində M.Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayevi də tutularaq istintaqa təqdim ediliblər.
 
Qeyd edək ki, H.Məmmədov və A.Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstəriblər. H.Məmmədov idarə etdiyi "Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib. Polislərin gördükləri tədbir nəticəsində onların qaçmasına imkan verilməyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol