• $
  • €
  • ₽
  • ₺
  • £

MSK Zahir Əzəmətlə bağlı QƏRAR VERDİ

MSK Zahir Əzəmətlə bağlı QƏRAR VERDİ
17.01.2020 16:09
Jurnalist Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron seçki dairəsindən namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Oxu24.com xəbər verir ki, o, müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun  namizədliyindən imtinaya səbəb kimi adına olan torpaq sahəsini göstərməməsini bildirib. Mərkəzi Seçki Komissiyası müraciəti araşdırıb və məlum olub ki, namizəd həmçinin ilkin maliyyə hesabatını da təqdim etməyib.

Buna görə də MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Z. Əzəmət bildirib ki, o, Əmlak komitəsindən respublika üzrə əmlakın olub olmaması barədə arayış alıb:
 
"Həmin sənəddə də Lənkəranda onun adına torpaq sahəsinin olması barədə informasiya çıxmayıb. Sənəd də şikayət məktubuna daxil edilib. Bundan əlavə, Seçki Məcəlləsinə görə məlumat qəsdən gizlədilməyibsə , 48 saat ərzində namizədə onun düzəldilməsi üçün vaxt verilməli idi. O vaxt da mənə verilməyib".
 
"Siz bununla bağlı məhkəməyə müraciət etməlisiniz. Biz yol axtarırıq  ki, namizədi qeydə alaq. Ancaq əmlakla bağlı məsələdə biz dəfələrlə namizədlərə müraciət etmişik ki, məlumatları düzgün təqdim edin".

Beləliklə, Z.Əzəmətin müraciəti qəbul edilməyib.

Jurnalist  şəxsi  facebook səhifəsində  status  yazaraq  bildirib  ki, sabah  Bakı Apelyasiya Məhkəməsinə şikayət edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol