• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
17.01.2020 18:03
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə "Qanımız bir, canımız bir” şüarı altında könüllü qanvermə aksiyası keçirilib. Qanvermə aksiyanın keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək etməkdir.
 
Aksiya Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 13 həkimdən ibarət briqadası tərəfindən icra edilib. Könüllü donor kimi Dövlət Komitəsinin 100-dən çox əməkdaşı, məcburi köçkünlər, Dövlət Komitəsində fəaliyyət göstərən könüllülər və digər şəxslər qan veriblər.
 
Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq. Aksiyada iştirak edənlər ön cəbhədə xidmət edən hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
 
Dövlət Komitəsi bugündən etibarən "Əsgərə salam” aksiyasına da start verib. Fevral ayının 2-nə - Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd "Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Aksiyaya qoşulmaq istəyənlər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşa bilərlər.
 
Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə ilk dəfə "Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası  ötən il yanvar ayının 19-da keçirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol