• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamın Yusifcanlı kəndi azad olunub? - YENİLƏNİB

Ağdamın Yusifcanlı kəndi azad olunub? - YENİLƏNİB
06.08.2014 10:01
Ağdam sakinləri  Yusifcanlı və Bayramlı kəndinin ermənilərdən azad edildiyi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildiriblər.Bu barədə rayon sakinləri Musavat.com-un  Ağdama ezam olunmuş müxbirinə məlumat veriblər. Sakinlər bildirib ki, bu gün gecə saatlarında düşmənlə təmas xəttində hər hansı bir qarşıdurma qeydə alınmayıb və ölkə mediasında ermənilərin işğal etdiyi Yusifcanlı və Bayramlı kəndlərinin ordumuz tərəfindən azad olunması xəbəri yalandır. Təzəkənd kəndində ermənilərlə təmas xəttinə yaxın polis postuna nəzarət edən Tərtər rayon Polis Şöbəsinin əməkdaşı saytımıza yayılan şayiələrlə bağlı belə deyib:“Bakıda nə baş verir bilmirəm, amma bu gün sakitlik olub və atəşkəs pozulmayıb. Bakıda deyirlər ki, guya Yusifcanlı və Bayramlı kəndləri azad olunub. Orda istədikləri məlumatı yayırlar, amma bu düz deyil. Nə biz ora keçmişik, nə də onlar bizə tərəf gəliblər. Yəni deyilənlər düz deyil”.Xatırladaq ki, bir sıra  saytlarda ermənilərin Ağdamın Yusifcanlı və Bayramlı kəndlərini boşaltdıqları barədə xəbərlər yer alıb. Hətta bəzi müxbirlər sosial şəbəkədə paylaşdığı şəklin Yusifcanlıda çəkdiyini iddia edib. *****Ağdamın Yusifcanlı kəndi də ordumuz tərəfindən işğaldan azad edilib. Bir neçə saat əvvəl Ağdam rayonunun Bayramlar kəndinin ordumuz tərəfindən işğaldan azad olunduğunu xəbər vermişdik. Artıq Ağdamın işğal altında olan daha bir kəndinin azad edilməsi haqqında məlumat var. Belə ki, ölke.az-ın cəbhə bölgəsinə ezam olunan muxbiri bildirir ki, əvvəllər ermənilərin nəzarətində olan Yusifcanlı kəndinin yaxınlığındakı bizə məxsus mövqe və gözətçi postu ərazidə növbə çəkən əsgərlərimizin irəliləməsi nəticəsində boşalıb. Hadisəni yerində araşdırmaq üçün əraziyə yollanan müxbir yayılan xəbərin doğru olduğunu görüb. Əvvəllər ermənilərin intensiv atəşi altında olan əraziyə sanki sükut çöküb. Ordumuzun əsgərlərinin köhnə postdan Yusifcanlıya doğru yerləşən daha iki erməni postunu ələ keçirdiyi və Yusifcanlını azad etdiyi bildirilir. Yusifcanlıya bir neçə yüz metr qalmış ordumuzun əsgərləri müxbiri daha irəli buraxmayıblar. Hərbi sirri yaymamaq məqsədi ilə əsgərlərimizin görüntüsünü sayta yerləşdirmirik. Müxbirin Yusifcanlıdan hazırladığı fotoreportajda tam olaraq ermənilərin nəzarətində yerləşən Qarqarçayın qurumuş yatağı artıq tam olaraq bizim nəzarətimizdədir. Müxbir həmin görüntüləri Qarqarçayı rahat surətdə keçərək çəkib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol