• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəblidən ona “get tarlada işlə” deyən Mübariz Mənsimova - CAVAB (FOTO)

Hadı Rəcəblidən ona “get tarlada işlə” deyən Mübariz Mənsimova - CAVAB (FOTO)
29.05.2020 01:36
9 Fevral Milli Məclisə seçkilərlə bağlı namizədlərin təşviqat kampaniyası davam edir. 
 
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə əsas iddiaçılar Hadı Rəcəbli və Rəvan Bəşirov arasında sorğular təşkil olunub.


Sorğuya "Palmali Şirkətlər Qrupu”nun rəhbəri Mübariz Mənsimov da reaksiya verib. O sorğuya şərh yazaraq Hadı Rəcəbliyə tarlada işləməyi məsləhət görüb: "Məncə Hadı bəy bir az tarlada işləsən, bu günə qədər nə edib ki, yenə də seçilmək istəyir? Ayıbdır, yaşlı adamsan get bir az dincəl”.
 
AZXEBER.COM bu sözlərlə bağlı Hadı Rəcəbli ilə əlaqə saxlayıb.
 
O saytımıza açıqlamasında hər kəsin fikrinə hörmətlə yanaşdığını bildirib:
 
"O, Mübariz müəllimin fikridir. Biz onun fikrinə hörmətə yanaşırıq. Ancaq onu deyim ki, mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Demək ki, partiyamızın fikri fərqlidir. Demokratik cəmiyyətdə yaşayırıq, hər kəsin özünü ifadə etmək azadlığı var”.
 
Hadı Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazılan bütün şərhlərə hörmətlə yanaşır:
 
"Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Ancaq bununla yanaşı ölkədə hakim partiya var və partiyanın qərarı belədir ki, mən namizəd olum. Partiya üzvləri və sevənlər bu qərara hörmətlə yanaşırlar. Sosial şəbəkədə kim nə istəsə yazır, biz heç kimə təsir etmirik. Mübarizəyə qoşulan hər kəs haqda cəmiyyətdə yetərincə məlumat var. Son sözü isə xalqımız fevralın 9-u deyəcək”.
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol