• $
  • €
  • ₽
  • ₺
  • £

Qaz sayğacları ilə bağlı əhaliyə - VACİB XƏBƏRDARLIQ

Qaz sayğacları ilə bağlı əhaliyə - VACİB XƏBƏRDARLIQ
20.01.2020 11:36
"Azəriqaz” İstehsalat Birliyi vətəndaşların işbazlara aldanmaması üçün müraciət edib.

Anews.az-ın məlumatına görə, Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar:

"Bir müddət əvvəl İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən NZS qəsəbəsində smart tipli qaz sayğaclarının olmanması aşkarlandı. Araşdırma aparıldı və məlum oldu ki, o sayğaclar orada hansısa işbazlar tərəfindən quraşdırılıb.

Onlar başqa ərazidən sayğacları oğurlayıb, burada quraşdırıblar. İşbazlar sayğaclara müdaxilə edib, insanlar qazdan istifadə ediblər. Hər ay gəlib, vətəndaşdan razılaşdığı məbləği alıblar. İnsanları hər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Nəticədə, vətəndaşa kart verilməyib.
Çünki hər bir sayğaca görə abonentə bir kart kodlaşdırılır. Belə hal aşkarlanandan sonra əraziyə müdaxilə etdik. Araşdırma aparılarkən müəyyən faktlar üzə çıxdı. Sayğacın hər birinin mərkəzi bazada öz kodu, nömrəsi var. Bu sayğaclarının bir qismi vaxtilə ayrı-ayrı ünvanlardan oğurlanan smart tipli qaz sayğacıdır”.
İB rəsmisi vətəndaşları diqqətli olmağa çağırıb:

"Onları aldatmağa çalışan işbazlar olarsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat versinlər. Bu yaxınlarda bu tip qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edildilər. Qaz sayğacını oğurlayan Suraxanı və Nəsimi rayon sakinləri üç il müddətinə azadlıqldan məhrum olundular.
Bu insanlar 2018-2019-cu illərdə üç qəsəbədə - Qala, Şüvəlan,Türkanda yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıblar. Hesab edirik ki, belə halların ifşa olunması, bu işlə məşğul olanların fikrində dönüş yaradacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol