• $
  • €
  • ₽
  • ₺
  • £

Medvedevin yeni vəzifəsi: Putinin “sağ əli” oldu

Medvedevin yeni vəzifəsi: Putinin “sağ əli” oldu
20.01.2020 11:45
Rusiya Dövlət Duması yanvarın 20-də keçmiş Baş nazir Dmitri Medvedevin tutacağı Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinin yaradılmasını təsdiqləməlidir. Bəzi ekspertlər bu təyinatı "vəzifənin endirilməsi” kimi qiymətləndirsə də, əslində, Medvedev Putinin təhlükəsizlik sahəsində "sağ əli”, ən vacib orqanlardan birində isə ikinci şəxs olacaq.

RT-nin məlumatına görə, Medvedin səlahiyyətlərinin çərçivəsi hələlik müəyyən deyil, çünki buna qədər Rusiyada sözügedən vəzifə mövcud olmayıb.
Bəzi ekspertlər yanlışlıqla eks-baş nazirin Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin müavini olacağını düşünərək, bunu Medvedevin mövqelərinin zəifləməsi kimi qiymətləndiriblər. Əslində, isə vəziyyət əksinədir. Yeni konfiqurasiyada Medvedev Təhlükəsizlik Şurası katibinin deyil, onun sədri Vladimir Putinin "sağ əli” olacaq.

Gazeta.ru-ya danışan rus politoloq Stanislav Belkovskinin sözlərinə görə, sözügedən təyinat Medvedevin faktiki olaraq vitse-prezident olması anlamına gəlir:
"Aparatdakı çəkisi və Qərbdəki əlaqələri Medvedevə hətta yeni vəzifədə daha az səlahiyyətləri olsa belə, prezidentin "xüsusi tapşırıqları”nı yerinə yetirməyə imkan verəcək”.

Medvedevin yeni vəzifəsi rəsmi qaydada təsdiq olmasa da, onun fəaliyyət dairəsi təxmin edilir. Medvedevi bu vəzifəyə təyin etməklə Putin ona ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasını tapşırıb. Keçmiş baş nazirin bundan sonra müdafiə və güc strukturları sahəsində özünəməxsus "moderator” olacağı ehtimal edilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol