• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevin köməkçisindən ÇAĞIRIŞ

İlham Əliyevin köməkçisindən ÇAĞIRIŞ
20.01.2020 13:30
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nobel Sülh Mükafatının SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçovdan geri alınması üçün Azərbaycandakı ictimai təşkilatlara çağırış edib.
 
Modern.az-ın məlumatına görə, H. Hacıyev deyib ki, həmin dövrdə SSRİ-yə rəhbərlik etmiş, 20 Yanvar hadisələrinin törədilməsi ilə bağlı qərar vermiş Mixail Qorbaçova 20 Yanvar faciəsindən bir neçə ay sonra Nobel Sülh Mükafatının verilməsi kifayət qədər ziddiyyətli qərardır.
 
H. Hacıyev bildirib ki, Nobel Sülh Mükafatının verilməsi üzrə komitənin öhdəlikləri sırasında bu qəbildən olan qərarların nəzərdən keçirilməsi kimi məsələlər də var: "Amma onu da nəzərə almaq lazımdır ki, sülh sahəsində Nobel mükafatını təqdim edən komitə ictimai əsaslarla çalışır, dövlətlər tərəfindən daxil olan müraciətləri qəbul etmir. Ona görə də ictimai müstəvidə fəal işin aparılmasına ehtiyac var. Düşünürük ki, beynəlxalq ictimaiyyət və ölkənin ictimai təşkilatları səviyyəsində bu istiqamətdə addımların atılması və sülh sahəsində Nobel mükafatını təqdim edən komitəyə müraciətlərin göndərilməsi çox vacibdir”.
 
Xatırladaq ki, H. Hacıyev yanvarın 17-də ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Mixail Qorbaçova verilmiş Nobel Sülh Mükafatını geri almağın hələ də gec olmadığını bəyan edib.
 
Qeyd edək ki, sülh sahəsində Nobel mükafatı Norveç parlamentinin (Stortinq) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol