• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in yeni rəhbərinin adı açıqlanıb

İŞİD-in yeni rəhbərinin adı açıqlanıb
21.01.2020 10:09
İŞİD terror qruplaşmasının yeni rəhbəri Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maulə olub.

Baku.ws TASS-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən Böyük Britaniyanın "The Guardian" qəzeti bildirib.

Nəşr Əmir Əbdül Rəhmanı ötən ilin oktyabr ayında ABŞ-ın İdlibdə həyata keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilən İŞİD-in əvvəlki rəhbəri Əbu Bəkr əl-Bağdadiyə yaxın olduğunu bildirilir. Dövlət Departamenti onun İraq əsilli və Əbu Bəkr əl-Bağdadinin müavinlərindən biri olduğunu qeyd edir. Onu və ya əl-Bağdadinin digər yaxın adamlarını ələ keçirməyə imkan verəcək məlumat üçün ABŞ hakimiyyəti 5 milyon dollar mükafat vəd edib.

Bildirilir ki, terror qruplaşmasının keçmiş və hazırkı rəhbərləri 2004-cü ildə ABŞ-ın İraqda yerləşən Kemp-Bukka düşərgəsində məhbus olarkən tanış olublar.

Amir Əbdül Rəhman qruplaşmanın yaradıcılarından biri olub, onun ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.

İŞİD əl-Bağdadinin ölümünü təsdiq etdikdən sonra terrorçuların nümayəndələri Əbu İbrahim əl-Haşimi əl-Kureyşinin qruplaşmanın rəhbəri olduğunu bildiriblər.

"The Guardian"ın məlumatına əsasən, bu, yalnız təxəllüsdür. Nəşr qeyd edir ki, Əmir Əbdül Rəhman İŞİD-in əvvəlki rəhbəri öldürüldükdən bir neçə saat sonra qruplaşmanın yeni rəhbəri təyin edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol