• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bələdiyyə binası sənədlərlə birgə yanıb kül oldu - VİDEO

Azərbaycanda bələdiyyə binası sənədlərlə birgə yanıb kül oldu - VİDEO
22.01.2020 12:20
Oğuz rayonunun Filfilli kəndində bələdiyyə binası yanaraq külə dönüb.

Bu barədə kənd sakinləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Sakinlərin sözlərinə görə, yanvarın 21-də gecə saatlarında bələdiyyə binasında güclü yanğın olub. Hadisə yerinə yanğınsöndürülənlər çağırılıb.
Əraziyə bir neçə yanğınsöndürən cəlb olunsa da, alovu ram edə bilməyiblər və binanın çox hissəsi yanaraq külə dönüb. Yanğın bələdiyyədə olan rəsmi sənədləri də tamamilə məhv edib.

Kənd sakinləri həmçinin bildiriblər ki, yanğın qəsdən yandırılıb.

Məsələyə aydınlıq gətirmək üçün Oğuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun şöbə müdiri Yusif Naxçıvanski BAKU.WS-ə açıqlamasında bildirib ki, həqiqətən də, yanğın bələdiyyə binasında sənədlərin çoxunu məhv edib.

"Yanğın baş verən zaman əraziyə qonşu rayonlardan da yanğınsöndürənlər cəlb edilmişdi. Hadisənin dəqiq səbəblərini tamam dəqiq deyə bilmirəm.

Hazırda hüquq mühafizə orqanları əməkdaşları məsələni araşdırır. Yanğınla bağlı bəzi şübhələr var. Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq”, - deyə Yusif Naxçıvanski bildirib.

Qurum rəsmisi bildirib ki, bələdiyyə binası köhnə olduğu üçün yanğına səbəb elektrik xətlərində qısaqapanmanın ola bilməsi də istisna deyil. Lakin digər fərziyələrdən biri də yanğının bilərəkdən törədilməsidir.

Məsələ ilə bağlı rayonun Fövqəladə Hallar Komissiyasının sədri Etibar Yusifov BAKU.WS-ə bildirib ki, hazırda faktla bağlı polis və prokurorluqda araşdırma aparılır.

"Bələdiyyədəki sənədlər tamam yanıb. Hadisə səhərə yaxın olub. Faktla bağlı araşdırma aparılıb. Hələlik son rəyə gələ bilməyiblər”, - deyə Etibar Yusifov bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol