• $
  • €
  • ₽
  • ₺
  • £

Belə münasibətlər seçkinin keçirilməsinə təsir etməməlidir - MSK sədri

Belə münasibətlər seçkinin keçirilməsinə təsir etməməlidir - MSK sədri
22.01.2020 13:18

Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb.


APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasından ibarətdir.


Bu gün Bakıda layihənin açılışı və ilk seminar-müşavirə keçirilib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) bildirib ki, Seçki Məcəlləsi Azərbaycan mütəxəssisləri ilə yanaşı, həm də beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb: "Seçkiləri hazırlayıb keçirən orqan kimi borcumuz ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını reallaşdırmağa xidmət edən bu tədbir sivil, müasir dünyanın qanunvericilik hüquqlarına uyğun şəkildə həyata keçirilsin. Bunun üçün də bu və ya digər mərhələdə bu və ya digər məsələ ilə bağlı hansısa xoşagəlməz hal olduğu iddia edilirsə, aidiyyəti tərəf bu halları ancaq qanunvericilik bazası əsasında araşdırmalıdır”.


MSK sədri deyib ki, Azərbaycan Avropa ailəsinin üzvüdür: "Ölkəmiz Avropa mədəniyyətinin dəyərlərini qəbul edib və insanlarımız o prinsiplər əsasında həyatını qurub. Azərbaycan insanları başa düşür ki, ən gözəli qanunlara hörmət prinsipi əsasında həyatını qurmaqdır”.


M.Pənahov qeyd edib ki, seçkilərin siyasətini ölkənin siyasi iradəsini ortaya qoyan zümrə ortaya qoyur: "Yerlərdə seçki siyasətini müəyyən etməyə heç kimin hüququ yoxdur. Ölkədə demokratik, şəffaf seçki keçirmək üçün siyasi iradə yoxdursa, bunu etmək mümkün olmur. Dünya tərəfindən qəbul edilmiş prinsiplər əsasında bu cür seçki keçirilir. Yerlərdə kiminsə, qonşusu, qohumu ilə münasibətlər seçkinin keçirilməsinə təsir etməməlidir”.


Sonra tədbirdə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov çıxış edib. X. Məmmədov bildirib ki, Azərbaycan Respublikasının demokratik siyasi quruluşu seçki hüququnu tam təmin edir. MSK-nın qərarından narazı qalmış şəxslərin məhkəməyə müraciət etmək hüququ da var”.


Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi də mövzu ilə əlaqədar çıxış ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol