• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu gün çökən sistemin qurulmasına 10 milyon manat xərclənib"

"Bu gün çökən sistemin qurulmasına 10 milyon manat xərclənib"
22.01.2020 14:13
İpoteka və Kredit Zəmanət Fondunun bu gün çökən elektron sisteminin qurulmasına 10 milyon manat xərclənib.

Yeniavaz.com xəbər verir ki, bunu ekspert Osman Güzdüz açıqlayıb.
 
O bildirib ki, Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi: "Müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda e-Gov portalından e-ipoteka sisteminə ASAN imza ilə daxil olmaq mümkün deyil.

E-gov sektorunda bu tip hadisə artıq 2-ci dəfədir təkrarlanır. Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi. Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur.

Düşünürərm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxsər ciddi məsuliyytətsizlik ediblər. Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres-test edilməməsi da doğru bir yanaşma deyil. E-Gov Mərkəzi kirayə evlərlə bağlı layihəyə start verməzdən öncə, ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün Fonda göstəriş verməliydi. Həm də ona görə ki, artıq bu qurumlar bilirlər ki, bir dəfə belə bir problem yaşanıb”.

O.Gündüz əlavə edib ki, bu gün çökən sistemin qurulmasına 10 milyon manat ayrılıb: "İpoteka və Kredit Zəmanət Fondu "Elektron ipoteka” sisteminin yaradılması üçün "CyberNet” şirkətinə 6 milyon manat , sistemin təkmilləşməsi üçün "GT Solution” şirkətinə də 3 milyon manat vəsait verib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki, 2 il ərzində təxminən 10 milyon manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür.

10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki, aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalıdırlar.

Fond baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Və problemin səbəbini də , qeyd etdiyim kimi, müraciət edənlərin sayının çoxluğu ilə izah edib. Sadəcə biabırçılıqdır.

Çünki, ayrılan milyonlarla vəsait məhz qeyd olunan problemin də həlli üçün nəzərdə tutulub”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol