• $
  • €
  • ₽
  • ₺
  • £

“28 May” qəsəbəsinin sakinləri tezliklə normal işıq üzü görəcəklər

“28 May” qəsəbəsinin sakinləri tezliklə normal işıq üzü görəcəklər
22.01.2020 16:20

"Qafqazinfo" xəbər verir ki, "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bu işlər Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi daşıyır. Şəbəkənin yenidən qurulması üçün görülən işlər isə təhlükəsizlik normalarının tələb etdiyi kimi, bir sıra qəsəbələrdə növbə ilə elektrik təchizatının müvəqqəti dayandırılması ilə müşaiyət olunur.


"Bildiyiniz kimi Xırdalan şəhəri və ətraf qəsəbələr son illər xeyli böyüyüb, yeni yaşayış massivləri salınıb. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq yeni yaşayış massivlərinin salınması zamanı tikintilərin kortəbii aparılması, infrastrukturun olmadığı ərazilərdə evlərin tikilməsi orada məskunlaşan əhalinin elektrik enerjisi ilə təchizatını çətinləşdirib. Nəticədə Masazır, "28 May”, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, "Atyalı”, "Quşçuluq” və digər yaşayış massivlərində sakinlərin elektrik təchizatında illərdir problemlər hökm sürürdü. Bu ərazilərdə özbaşına elektrik xətləri çəkilib, bir çox hallarda yüksək gərginlikli xətlərin altında evlər tikilib. Bundan əlavə, xətlər həyətlərdən keçir və transformatorların ifrat yüklənməsi baş verir. "Azərişıq” ASC bütün ölkə boyu elektrik şəbəkəsinin yenidən qurulması proqramına uyğun olaraq bu ərazilərdə də ötən ildən başlayaraq genişmiqyaslı işlərə başlayıb”,-T.Mustafayev bildirib.


"Azərişıq” rəsmisinin sözlərinə görə, əməkdaşlar həmin ərazilərdə mürəkkəb şəraitdə işləyirlər. Çünki evlər bir-birinə çox yaxın tikilib, yollar darısqaldır və yüksək gərginlikli xətlərin, dayaqların yenilənməsi üçün texnikanın işləməsi çətinləşir. Buna baxmayaraq işlər yekunlaşmaq üzrədir.


"Aparılan yenidən qurma işlərinə görə bu qəsəbələrdə növbə ilə elektrik təchizatı dayandırılır. Biz vaxtaşırı olaraq bu barədə elanlar veririk. O cümlədən "28 may” qəsəbəsinin sakinlərini elektrik təchizatında yaranan məcburi fasilələrə görə xəbərdar edirik. Sakinlər nəzərə almalıdır ki, bu fasilələr onların elektrik enerjisi ilə normal təchizatı, yaşadıqları ərazilərdə şəbəkənin yenidən qurulması üçündür”,-T.Mustafayev deyib.


"Azərişıq” ASC görülən işlər çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Binəqədi rayonu, "28 May” qəsəbəsində, Hökməlidə və digər ərazilərdə yüksək gərginlikli hava xətlərini, transformatorları, dayaqları, istismara yararsız naqilləri yeniləyir. Hazırda bu ərazilərdə, o cümlədən "28 May” qəsəbəsində gərgin iş gedir, briqadalar işləyir.








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol