• $
  • €
  • ₽
  • ₺
  • £

İcra nümayəndəsi seçkilərə görə İŞDƏN ÇIXARILIB?

İcra nümayəndəsi seçkilərə görə İŞDƏN ÇIXARILIB?
22.01.2020 17:05
Əldə etdiyimiz məlumata görə, Qazax rayonunun Ağköynək kənd icra nümayəndəsi Aydın Hacıyev seçkilərə müdaxilə etmədiyinə görə işdən çıxarılıb.
 
Məlumatı Ağköynək kəndinin sakinləri bildirib.
 
Xəbəri dəqiqləşdirmək üçün Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Svetlana Qurbanova bu barədə məlumat vermək istəmədi:
 
"Bu barədə sizə heç bir məlumat verə bilmərəm”.
 
İşdən çıxarıldığı deyilən icra nümayəndəsi Aydın Hacıyev isə bu məsələnin marağında olmadığını diqqətə çadırdı.
 
O, hadisənin baş verdiyini inkar etmədi:
 
"Hələlik bir şey yoxdur. Mətbuat bununla maraqlanırsa, Qazax rayonuna gəlin, işıqlandırın.  Hələlik işdən çıxmaqla bağlı bir problemim yoxdur. Çıxası olsam, öz ərizəmlə işdən çıxacağam. Heç kim məni işdən çıxarmaz”.
 
Qeyd edək ki, məlumatda deyilir ki, deputatlığa namizədlərdən biri yanvarın 18-də rayonun Ağköynək kəndində görüş keçirməyə çalışıb. Kənd sakinləri etiraz ediblər və və belə bir adama səs verməyəcəklərini deyiblər.
 
Bu xəbər Qazax rayon icra hakimiyyətinə çatan kimi icra nümayəndəsi Aydın Hacıyev qəbula çağırılıb. Baş vermiş hadisəyə görə üzr istəməsini və yenidən görüş təşkil etməsini tələb ediblər. Bunları etməyəcəyi təqdirdə işdən kənarlaşdırılacağı bildirilib. Aydın Hacıyev isə bu göstərişdən imtina edib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol