• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan daha bir zabitini itirdi

Azərbaycan daha bir zabitini itirdi
28.05.2020 22:19
Dünən anasının adından Azərbaycan mediasına müraciət edərək, müalicəsi üçün kömək istəyən ağır xəstəliyə tutulmuş mayor Rəşid Nəbi oğlu Məmmədov bu gün vəfat edib. Bu barədə Modern.az saytına mərhum zabitin yaxınları məlumat veriblər.Bildirilib ki, Göygöldəki Rəsulzadə küçəsində kirayə mənzildə yaşayan Məmmədovlar ailəsi mərhumun dəfnini rayon mərkəzində təşkil edə bilmədiyindən, cənazəni Əbləh kəndinə apararaq, orada dəfn ediblər. Qeyd edək ki, həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətdə keçirmiş və xidməti dövrünün 80 faizini cəbhə bölgəsində olmuş mayor Rəşid Məmmədov xərçəng xəstəsi idi. Onun anası Səriyyə Məmmədova oğluna kömək göstərilməsi üçün dünən ölkə mediasına müraciət etmişdi.Müraciətdə bildirilirdi ki, “N” saylı hərbi hissəsinin mayoru R.Məmmədov 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək, geri çağrılıb. “Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalıymış. Amma Azərbaycan tərəfdən maliyyə vəsaiti ödənilmədi”-deyə S.Məmmədova bildirmişdi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol