• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngin deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı — FOTOLAR

Zəngin deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı — FOTOLAR
22.01.2020 20:44
"Relax” qalmaqalı ilə gündəmə gələn Lerikin deputatı İqbal Məmmədov bu dəfə namizəd olaraq çıxış etdiyi kürsüdə əks olunan SSRİ gerbi ilə diqqəti özünə yönəldib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun seçicilərlə görüşdə SSRİ-nin gerbi olan tribunadan çıxış etməsi tənqidə səbəb olub. Amma həmin görüntüdə daha bir detal var ki, bu, Məmmədovun "kasıb rayonun zəngin deputatı” olduğunun aşkar göstəricisidir.
 
Lerik rayonu Azərbaycanın həm infrastruktur, həm də sakinlərin yaşayışı baxımından geridə qalan bölgələrindən hesab olunur. Amma bu rayonun sakinlərinin qismətinə zəngin deputat düşüb. Hətta o seçkilər zamanı belə seçicilərin qarşısına bahalı brend geyimlərlə çıxır. 

Elə qalmaqala səbəb olan fotodakı geyimi haqda qısa araşdırma apardıq. Məlum olur ki, İ. Məmmədovun geyindiyi köynəyin qiyməti 1500-2500 dollar arasında dəyişir. Zəngin deputat hətta bu mərhələdə belə təvazökarlıq etməyib. Aylıq gəliri aşağı-yuxarı 1500 dollar olan seçicilərin qarşısına bu qiymətə olan geyimlə çıxmaq hansı anlama gəlir, bunu yalnız İqbal Məmmədov özü deyə bilər.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol