• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi

İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
28.05.2020 21:09
"Bu şəhərdə”nin Sumqayıtdakı konserti təxirə salınıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə komandanın İnstaqram səhifəsində məlumat verilib:
"Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si "Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.
Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zalnan danışılır. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.
Xatırladaq ki, analoji hadisə ötən ilin fevralında da yaşanmışdı. Belə ki, "Bu şəhərdə” Sumqayıt şəhər İcra Hakimiyyətinə konsertlə bağlı müraciət etsə də, bunun nəticəsiz qaldığını bildirmişdi: "Mart ayında konsertlərimiz üçün İcra Hakimiyyətinə ( başçı Zakir Fərəcov və müavini Teymur Səmədov) iki məktub ünvanlamışıq. Nəticədə, bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə” sizin şəhərdə olmayacaq”.
"Qafqazinfo” mövzu barədə İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlamış, o, qarşı tərəfin iddiasını təkzib etmişdi:
"Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. "Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi, eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra Hakimiyyəti tərəfindən "Bu şəhərdə” üzvlərinə "yox” cavabı verilməyib”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol