• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şəhidin nəşi məzardan çıxarılıb - VİDEO

Azərbaycanda şəhidin nəşi məzardan çıxarılıb - VİDEO
23.01.2020 12:36
İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, naməlum şəhidin kimliyi götürülən nümunələr əsasında müəyyən edildikdən sonra aidiyyəti qurumların iştirakı ilə şəhidin məzarı açılıb.

Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun nəşi çıxarılıb. Şəhidin ruhuna dualar oxunduqdan sonra nəşi İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb. 

Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. 

Qeyd edək ki, 26 il itkin olaraq bilinən şəhid V.İbrahimovun nəşi hərbi rituallara uyğun olaraq, ailə üzvlərinin istəyi ilə yanvarın 23-də, saat 15:00-da Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol